Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər nazirinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçel bildirib.
Onun sözlərinə görə, 2017-ci il ərzində bu ölkəyə ümumilikdə 5 milyon dollar dəyərində kibertəhlükəsizlik yardımı göstərilib.
Qeyd edək ki, iki ölkə keçən ilin sentyabr ayında Kiyevdə ilk qarşılıqlı kibertəhlükəsizlik üzrə dialoqu həyata keçirilib və Birləşmiş Ştatlar Ukraynaya 5 milyon dollar yardımın ediləcəyini bildirib.
Bir neçə gün öncə Ukraynada səfərdə olan Uess Mitçel isə bu il bu rəqəmin 10 milyon dollara artırılacağını qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az