Ordu.az “Voyennıy Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, Həma və İdlib vilayətlərində terrorçuların mövqelərinə endirilən zərbələr nəticəsində onlar xeyli sayda itkilər veriblər.
Zərbələrə məruz qalan əsas qruplaşma “Ən-Nüsra Cəbhəsi” olub. Həma vilayətində Kəfr-Zita və Latamna yaşayış məntəqələri, İdlib vilayətində isə Cisr əş-Şuqur şəhərində terrorçular daha böyük itkilər veriblər.
Ağalar Qəribov
Ordu.az