Abe və Si Tsinpin ilk dəfə telefon danışığı keçiriblər

2018/05/1875_1525429808.jpg
Oxunub: 2895     18:24     04 May 2018    
Yaponiya baş naziri Sindzo Abe və Çin lideri Si Tsinpin bu gün ilk dəfə telefon danışığı həyata keçiriblər.

Ordu.az NHK telekanalına istinadən xəbər verir ki, bu barədə Yaponiya prezident administrasiyası məlumat yayıb.

Məlumata görə, söhbətin məzmunu hələlik açıqlanmır. Lakin tərəflərin ilk növbədə KXDR-in raket-nüvə proqramı və ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın nəzərdə tutulan görüşünü müzakirə etdikləri bildirilir.

Həmçinin Abenin Si Tsinpindən Pxenyanı tam nüvəsizləşdirmə həyata keçirmək barədə tələblər irəli sürməsinə dair mövqe nümayiş etdirdiyi qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sindzo-Abe   Si-Tsinpin   KXDR   Çin   Yaponiya  


Bizi "telegram"da izləyin