Misir XİN: Suriyaya Ərəb qoşunlarının göndərilməsi mümkündür

2018/05/1484841_1525425251.jpg
Oxunub: 4277     17:44     04 May 2018    
“Müxtəlif ölkələrin rəsmiləri tərəfindən müzakirə edilən məsələ - Suriyaya Ərəb qoşunlarının göndərilməsi mümkündür”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Misir Xarici İşlər naziri Sameh Şoukri səsləndirib.

“Bu məsələ sadəcə mətbuat tərəfindən deyil, həm də müxtəlif ölkə rəsmiləri tərəfindən müzakirə edilib. Bu rəsmilər Suriyada vəziyyətin stabilləşdirilməsi yollarını axtarırlar. Bu baxımdan Ərəb qüvvələrinin ölkəyə göndərilməsi də mümkün görünür”, - deyə nazir qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Suriya   ABŞ  


Bizi "telegram"da izləyin