Ordu.az “Russian RT” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bəyan edib.
“Hazırda mütəxəssislər tərəfindən “Tomahawk”lar üzərində işlər davam etdirilir. İşin nəticələri Rusiya silah nümunələrinin yaxşılaşdırılması üçün istifadə ediləcək”, - deyə Rudskoy bildirib.
O qeyd edib ki, hələ də raketlərin partlamamasının səbəbi tam olaraq bəll edilməyib, lakin variantlardan birinə görə, səbəb Suriya hava hücumundan müdafiə sistemlərinin təsiridir.
Ağalar Qəribov
Ordu.az