Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Bir çoxları Ukraynanın “Javelin”lərlə təchizatı barədə məlumata böyük maraq göstərir. Deyə bilərəm ki, Ukrayna prezidentinə onları vermək istəyimizi bəyan etməzdən öncə bu məsələ artıq masamızın üzərində idi. Onlar bir neçə həftə öncə Ukraynaya verilib”, - deyə Nauert bildirib.
O qeyd edib ki, “Javelin”lər Ukrayna ordusunun müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Ağalar Qəribov
Ordu.az