İsrailin 2017-ci ildə silah ixracı üzrə göstəriciləri açıqlanıb

2018/05/435345_1525327627.jpg
Oxunub: 2492     14:05     03 May 2018    
İsrail 2017-ci il ərzində 9,2 milyard dollar məbləğində silah satmağa müvəffəq olub.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti hesabat yayıb.

“2017-ci ildə İsrailin silah təchizatı üzrə ümumi gəlirləri 9,2 milyard dollar təşkil edib. Bu isə 2016-cı illə müqayisədə 40 faiz daha çoxdur”, - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, İsrailin silah ixracında 31 faizlik qismi raket quruculuğu və hava hücumundan müdafiə sistemləri tutur, 17 faizlik hissə ilə radar və radioelektron mübarizə vasitələri ikinci yeri tutur, modernləşmə və avionika ümumi göstəricinin 14 faizini təşkil edir, 9 faiz döyüş sursatları və silah qurğuları, 9 faiz telekommunikasiya və rabitə sistemləri, 8 faiz müşahidə və optronika, 5 faiz kəşfiyyat sistemləri, informasiya sistemləri və kibertexnologiyalar, 3 faiz xidmət və digərləri, 2 faiz dronlar, 1 faiz dəniz sistemləri və daha 1 faizi isə peyklər və kosmos avadanlıqları təşkil edir.

“2017-ci ildə İsrailin silah ixracının 58 faizi Asiya-Sakit Okean regionuna göndərilib. Avropa ölkələri 21 faiz, Şimali Amerika 14 faiz, Afrika 5 faiz və Latın Amerikası 2 faizlik yer tutur”, - deyə məlumatda vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin