Həma vilayətində xəstəxana bombalanıb

2018/05/345345_1525326208.jpg
Oxunub: 3794     13:42     03 May 2018    
“Suriyanın Həma vilayətinin Fəfr-Zita şəhərində yerləşən xəstəxanaya aviasiya zərbələri endirilib”.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi təmsilçisinin müavini Fərhanə Həka bəyan edib.

“Aviazərbələr nəticəsində xəstəxananın bir əməkdaşı həlak olub, binanın özünə isə çox ciddi şəkildə xətər yetirilib”, - deyə Həka bildirib.

O qeyd edib ki, daha öncə Xüms vilayətinin şimalında yerləşən düşərgənin xəstəxanası zərbələrə məruz qalıb.

Bununla belə, BMT rəsmisi zərbələrin hansı ölkə və qüvvələr tərəfindən endirilməsinə dair heç bir açıqlama verməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Həma   Suriya  


Bizi "telegram"da izləyin