Ukraynalı general BQƏ-nin ATO-dan əsas fərqini açıqlayıb

2018/05/31732329_2530723460487140_862850760738603008_n_1525276316.jpg
Oxunub: 3074     23:58     02 May 2018    
“Birləşmiş Qüvvələr Əməliyyatının Antiterror Əməliyyatından əsas fərqi onun hərbi əməliyyat olmasıdır”.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə BQƏ qoşunlarının komandanı, general-leytenant Sergey Nayev bəyan edib.

“Hazırda biz speratçılarla sadəcə döyüşmürük, onlar Ukrayna torpaqlarını de-fakto şəkildə işğal ediblər. Buna görə də ATO-nun BQƏ ilə dəyişdirilməsi zəruri idi”, - deyə Segey Nayev bildirib.

O qeyd edib ki, Birləşmiş Qüvvələr Əməliyyatına yalnız Silahlı Qüvvələr deyil, Ukrayna Təhlükəsizlik Xidməti və polis də daxil olacaq. Onlar tapşırıqları Donetsk və Luqansk ərazilərində həyata keçirəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATO  


Bizi "telegram"da izləyin