Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qadi Eysenkot bəyan edib.
O, son zamanlar vəziyyətin gərginləşməsi ilə İsrail əsgərlərinin özlərini gözlənilmədən kütləvi etirazlarla üzbəüz tapdıqlarını bildirib. Eysenkotun fikirlərinə görə, bu etiraz nümayişləri terraktlar törətmək və əsgərlərə hücum etmək üçün pərdə kimi istifadə edilir.
Bunun nəticəsidir ki, həmin etirazlar zamanı terrorçular hərbi postlara hücum edib əsgərləri qaçırmağa və İsrail ərazisinə sızmağa çalışıblar.
Ağalar Ağalarlı
Ordu.az