Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə dəniz korpusunun mətbuat katibi kapitan Sarah Burns bildirib.
Onun sözlərinə görə, yeni helikopterlər ilk olaraq bir sıra sınaqlara salınacaq və 2019-cu ildən etibarən istifadəyə veriləcək.
Qeyd edək ki, helikopterin 16 ton yük götürmə qabiliyyəti var. O, 110 dəniz mili məsafəyə 12 tondan artıq yük daşıya bilir. Özünün sələfi olan CH-53E-dən 3 dəfə daha güclü olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az