Ordu.az Kant.kg saytına isitnadən xəbər verir ki, bu barədə Türkiyə və Özbəkistan prezidentlərinin genişləndirilmiş heyətlərlə baş tutan görüşündən sonra açıqlanan birgə bəyanta bildirilir.
Qeyd edilir ki, prezidenlər iki ölkə arasında müdafiə, müdafiə sənayesi və hərbi-texniki məsələlərdə birgə proqramların həyata keçirilməsi və regional sülh və stabilliyə yol açan təcrübə mübadiləsinin aparılmasını dəstəkləyir.
Tərəflər bundan sonra da hərbi təhsil sahəsində təcrübə mübadiləsi, hərbi qulluqçuların birgə proqram və təlimlərdə iştirakı yolu ilə əməkdaşlığın genişləndirilməsi mövqeyindən çıxış ediblər.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri Şavkat Mirziyayevin dəvəti üzrə aprelin 29-dan çayın 1-dək davam edib.
Ağalar Qəribov
Ordu.az