ABŞ-Cənubi Koreya təlimlərində 6 ədəd F-22 iştirak edəcək

2018/05/1489484151_1525259605.jpg
Oxunub: 1898     19:13     02 May 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya ilə növbəti həftə baş tutacaq ənənəvi təlimlərində F-22 “Raptor” qırıcıları da iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq təlimlərdə istifadə olunacaq qırıcılar Cənubi Koreyanın “Kwangju” aviabazasına gətiriliblər.

ABŞ və Cənubi Koreya HHQ arasında həyata keçirilən “Max Thunder” təlimləri ənənəvi olaraq 11-25 may tarixlərində baş tutur.

Qeyd edək ki, F-22 “Raptor” qırıcılar ABŞ HHQ-nin ən güclü stels təyyarələri hesab olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Raptor  


Bizi "telegram"da izləyin