Çin hərbi patentləri ictimaiyyətə açıq edib

2018/05/484825151_1525259063.jpg
Oxunub: 3265     19:00     02 May 2018    
Çin özəl sektorun müdafiə inkişafı və istehsal fəaliyyətlərində iştirakını gücləndirmək məqsədilə bir sıra hərbi-texnoloji patentləri üzə çıxarıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Şurası Mərkəzi Hərbi Komissiyasının nəzdindəki Ləvazimat İnkişafı İdarəsi məlumat yayıb.

Məlumata görə, təqribən 4 mindən çox hərbi patent ictimaiyyətə açıq elan ediləcək. Məqsəd isə yeni sahibkarların və özəl sektorun müdafiə sahəsinin inkişafına qatqısını stimullaşdırmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Patent   özəl-sektor  


Bizi "telegram"da izləyin