Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr bəyan edib.
“Qətər ABŞ hərbçilərinin Suriyada mövcudluğuna görə ödəniş etməli və ABŞ prezidenti Qətər dövlətinə Vaşinqonun onun ərazisində hərbi bazasının olmasına görə müdafiə təminatını dayandırmamış öz qoşunlarını Suriyaya göndərməlidir”, - deyə əl-Cübeyr bildirib.
O qeyd edib ki, ABŞ-ın hərbi yardımı olmasa, Qətərdəki rejim öz mövcudluğunu bir həftə belə saxlaya bilməz.
Ağalar Qəribov
Ordu.az