Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Müdafiə naziri Aviqdor Liberman səsləndirib.
O bildirib ki, Rusiyanın S-300 sistemlərini Suriyaya verməsi ilə bağlı xəbərləri izləyir.
“Bu məsələ ilə bağlı bizim üçün əhəmiyyətli olan şey Suriyanın onları bizə qarşı istifadə etməməsidir. Əgər istifadə etsələr, biz buna qarşılıq verəcəyik”, - deyə Liberman vurğulayıb.
O bildirib ki, İsrail Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil, lakin eyni zamanda İranın da ölkəyə qabacıl silah sistemləri ötürməsinə imkan verməyəcək.
Liberman Rusiyanın yox, İranın problem olduğunu qeyd edib: “Bizim problemimiz İranladır, Rusiya ilə yox. Rusiyanın havadan müdafiə sistemləri çoxdandır Suriyada yerləşdirilib, lakin bizə qarşı istifadə olunmayıb”.
Ağalar Ağalarlı
Ordu.az