Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 18 müqavilədən hər biri 25 milyon avrodan daha çox məbləğ civarında qiymətləndirilir.
Bundesvar İsraildən 9 il müddətin “Heron TP” PUA-ları üçün lizinq almaq niyyətindədir. Həmçinin Almaniya 7 ədəd yeni axtarış-xilasetmə təyinatlı helikopter, 6 ədəd C130-J tipli “Hercules” nəqliyyat təyyarəsi və 18 ədəd MARS II raket qurğusu almağı planlaşdırır.
O cümlədən Almaniya “Puma” BMP-lərini modernləşdirmək, NH90 helikopterlərinin texniki xidməti barədə razılıq əldə etmək, yeni hərbi uniformaya keçmək və digər həbri texnikalar almağı nəzərdə tutub.
Ağalar Qəribov
Ordu.az