İsrail Müdafiə Qüvvələri Suriyadan atılan minomyotlara cavab olaraq Suriyadakı hədəflərə cavab zərbələri endirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi tvitter səhifəsində qeyd olunub.
“Bu gün səhər Colan təpələrinin şimalındakı təhlükəsizlik hasarı minaatanlardan atəşə tutulub. Cavab olaraq İsrail ordusu Suriya ərazisində olan və atəşi həyata keçirən artilleriyanı hədəf alıb”, - deyə məlumatda deyilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İsrail
Suriya
Zərbə