Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Donetsk vilayətində gedən döyüş əməliyyatları çərçivəsində döyüş tapşırığını yerinə yetirən Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələri Komandanlığının baş zabiti Dmitri Vladimiroviç Septsov həlak olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ukraynada Şeptsovun çox böyük nüfuzu var idi və xalq onu “Donbas qəhrəmanı” adlandırırdı.
Ağalar Qəribov
Ordu.az