Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.
“Hazırda Suriyada hərbi eskalyasiyanın güclənmə və daha dərin xarakterə malik olmaq zəmini var”, - deyə Moqerini bildirib.
O qeyd edib ki, yalnız Suriyalılar öz ölkələrinin gələcəyinə dair qərar verməli və təşəbbüsü ələ almalıdırlar.
“Suriya şahmat taxtası və ya geosiyasi oyun deyil. Suriya suriyalılara məxsusdur və yalnız onlar öz ölkələrinin gələcəyini müəyyənləşdirməlidirlər”, - deyə Moqerini vurğulayıb.
Ağalar Qəribov
Ordu.az