Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov bəyan edib.
“Təbii ki, Çeçenistan Suriyada hərbi əməliyyatlarda iştirak edən və hərbi tapşırıqları yerinə yetirən hərbçilərin sayını artırmağa hazırdır”, - deyə Kadırov bildirib.
O qeyd edib ki, hazırda Suriyada Çeçenistandan olan hərbi qulluqçular var.
“Ən yaxşı döyüşçülər Suriyada iki hərbi kompaniyada iştirak etdilər. Onların 90 faizi oradadır”, - deyə Kadırov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az