Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.
“Hazırda Suriyanın vahid, bölünməz ökə kimi bərpası üçün bütün şərtlər yaradılıb. Lakin məqsədə nail olmaq üçün yalnız Rusiyanın deyil, dünya ictimaiyyətinin digər üzvlərinin də səylər göstərməsi zəruridir”, - deyə Şoyqu bildirib.
O qeyd edib ki, Rusiya dünya ictimaiyyəti daxilində Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinə daha çox güvənir.
Ağalar Qəribov
Ordu.az