Ordu.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan mənbələr məlumat yayıb.
Məlumata görə, Kiyevə 41,5 milyon dollar civarında M107A1 iriçaplı snayper tüfəngləri almağa icazə veriblər.
Snayper tüfəngləri ilə yanaşı döyüş sursatları, həmçinin əlavə detal aksessuarların təchizatı da qiymətə daxildir.
Bununla belə, “Javelin”lərin təchizatına hələlik razılıq verilmədiyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az