“Suriyada vahid dövlətin bərpası üçün bütün zəruri şərtlər yaradılıb” - Şoyqu

2018/04/orig-15245441605d055cdbcb85359ee2c556b92200a3bc546_1524551508.jpeg
Oxunub: 4108     14:30     24 Aprel 2018    
“Suriyada vahid və bölünməz dövlətin bərpası ilə məşğul olmaq üçün bütün zəruri şərtlər yaradılıb”.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

O, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin müdafiə nazirlərinin iclasında bəyan edib.

“Bu məqsədə nail olmaq üçün dünya ictimaiyyətinin digər üzvlərinin köməyi də lazım olacaq. Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərini də bu məsələyə dəstək verməyə səsləyirəm”, - deyə Şoyqu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Suriya  


Bizi "telegram"da izləyin