Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat yayıb.
Məlumata görə, tərəflər ən xırda detallara qədər bütün nüansları razılaşdırıblar və çərşənbə günü Mn Çje İn və Kim Çen In arasında görüşün final məşqini həyata keçirəcəklər.
Ölkə rəsmiləri aprelin 27-si üçün bütün detalları hesablamağa çalışıblar. Əl sıxma üçün belə dəqiq vaxt müəyyənləşdirilib.
Qeyd edək ki, görüşdə əsas mövzuların Koreya yarımadasının nüvəsizləşdirilməsi və Koreyaarası münasibətlərin yaxşılaşması olacağı gözlənilir.
Ağalar Qəribov
Ordu.az