Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Beynəxlalq Hərbi Qərargahının direktoru, general-leytenant Yan Bruks bəyan edib.
“Ukrayna ordusunda ciddi islahatlar aparılmalıdır. Söhbət ilk növbədə kompleks islahatlardan gedir. Birincisi, Ukrayna xüsusilə Silahlı Qüvvələr üzərində demokratik nəzarəti təmin etməlidir. İkinicisi, Ukrayna Silahlı Qüvvələrində bütün strukturlarda bizim adətən NATO-da tətbiq etməyə alışdığımız sxemlərə uyğun restrukturlaşdırma həyata keçirilməlidir”, - deyə Bruks bildirib.
O qeyd edib ki, Ukrayna ordusunun bölmələri NATO standartlarına uyğun məşq etməlidir.
Ağalar Qəribov
Ordu.az