KXDR və Cənubi Koreya liderləri sammitinə dair sonra razılaşmalar əldə edilib

2018/04/10456456_1524479506.jpg
Oxunub: 1582     18:30     23 Aprel 2018    
Cənubi Koreya prezidenti Mun Çje İn və KXRD lideri Kim Çen Inın iştirakı ilə baş tutacaq sammit aprelin 27-si səhər başlayacaq və Pxanmundcom sərhəd məntəqəsinin Cənubi Koreya tərəfində rəsmi naharı da özünə daxil edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti administrasiyası məlumat yayıb.

Məlumata görə, razılaşma ötən həftə və bu gün aparılan danışıqlar çərçivəsində əldə edilib. Həmçinin KXDR tərəfinin iki ölkə liderinin görüşünün televiziya efirində canlı yayımlanmasına razılıq verdiyi bildirilir.

Qeyd edək ki, görüşün əsas mövzularının Koreya yarımadasının nüvəsizləşdirilməsi və Koreyaarası münasibətlərin bərpası olduğu vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin