Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.
“KXDR tərəfindən nüvə silahının dondurulması Koreya yarımadasının tam nüvəsizləşdirilməsi yönündə atılan vacib qərardır. Bu yaşıl işıq Şimalın Cənub və Şimali Koreyanın ABŞ-la münasibətləriin qurulmasında uğura imkan yaradır”, - deyə Mun Çje İn bildirib.
O qeyd edib ki, artıq bir neçə gündən sonra – aprelin 27-də baş tutacaq görüşdə KXDR və Cənubi Koreya münasibətləri üçün də bu addımın müsbət rolu var.
Ağalar Qəribov
Ordu.az