Cənubi Koreya və KXDR ölkə liderlərinin sammitinə hazırlığa dair danışıqlar aparır

2018/04/02bff094-2508-4055-b0a3-7b17843d43ed_850435345_1524470308.jpg
Oxunub: 2634     15:56     23 Aprel 2018    
Cənubi Koreya və KXDR iki ölkə liderinin aprelin 27-nə planlaşdırılan sammitinə hazırlıq üzrə işgüzar danışıqları davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.

Danışıqların gündəliyində sammit çərçivəsində müzakir ediləcək məsələlərin müəyyənləşdirilməsi və təhlükəsizliyin təminatı müzakirə edilir.

Tərəflər sammit çərçivəsində digər məsələlərin müzakirə edilməsi barədə də danışıqlar aparacaqlar.

Gündəlikdə duran əsas məsələlər Koreya yarımadasının nüvəsizləşdirilməsi və Koreyaarası münasibətlər olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin