Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
Onun sözlərinə görə, diplomatlar ikitərəfli əlaqələr, regional və qlobal problemlər, Suriya, İran və KXDR ətrafında mövcud olan situasiyanı müzakirə ediblər.
“Qərb dəfələrlə Dəməşqin zəhərli maddələr tətbiq etdiyini bildirib. Artıq bir sıra araşdırma mərkəzləri, xüsusən “Ağ dəbilqələr” buna zəmanət veriblər. Bütün bunları nəzərə alaraq Böyük Britaniya və ABŞ Suriyada kimyəvi silah tətbiqinə qarşı birgə mübarizəni davam etdirmək qərarına gəlib”, - deyə Nauret bildirib.
Ağalar Qəribov
Ordu.az