G7 ölkələri Ukraynanın mübarizəsini dəstəkləyirlər

2018/04/32424_1524468020.jpg
Oxunub: 4168     15:18     23 Aprel 2018    
“Böyük yeddilik” ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri Ukrayanın suverenlik və ərazi bütövlüyü urğunda mübarizədə dəstəkləyirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kanada xarici işlər naziri Xristiya Friland və onun G7 üzrə həmkarları Ukraynanın dəstəklənməsi məsələsində vahid mövqe nümayiş etdirdiklərini təsdiq ediblər. Bu razılaşmalara əsasən ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq hüquq normaları bütün dövlətlər tərəfindən riayət edilməlidir”, - deyə məlumatda qeyd olunur.

Həmçinin G7 ölkələrinin Ukraynadakı vəziyyətin həlli üçün dəstək göstərməyə hazır olduqları vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Ukrayna  


Bizi "telegram"da izləyin