G7 XİN rəhbərləri KXDR-ə maksimal təzyiqi davam etdirmək qərarına gəliblər

2018/04/01a017d7326025e729da3f652cf584f534534_1524467206.jpg
Oxunub: 1756     15:05     23 Aprel 2018    
“G7 ölkələri xarici işlər nazirləri KXDR-ə mümkün maksimal təziyiqin göstərilməsinə davam etdirilməsi barədə razılığa gəliblər”.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono bəyan edib.

“G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya – red.) xarici işlər nazirləri Pxenyanın öz raket və nüvə proqramından tam imtinasınadək təzyiqin davam etdiriləcəyi ilə də razılaşıblar”, - deyə Kono bildirib.

Xatırladaq ki, ötən həftə KXDR lideri Kim Çen In pnun ölkəsinin nüvə raket sınaqlarının dayandırılması ilə yanaşı qlobal nüvəsizləşdirmə prosesinə qoşulmaq istədiyini də açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   KXDR  


Bizi "telegram"da izləyin