ABŞ KXDR-in nüvə silahlarını ləğv etməsini istəyir

2018/04/Без-названия234234_1524466666.jpg
Oxunub: 1378     14:56     23 Aprel 2018    
ABŞ sanksiyaların yumşaldılması üçün Şimali Koreyanın nüvə silahlarını tamamilə aradan qaldırmasını tələb edir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətindən olan rəsmiləri bildirib.

Onlar Pxenyanın nüvə proqramını ləğv etmədən prezident Donald Trampın Şimali Koreyaya edilən sanksiyaları yüngülləşdirməyi təklif etməyəcəyini vurğulayıb.

“Prezident keçmişin səhvlərini təkrarlamayacağını deyəndə bunu nəzərdə tutur. Yəni, Şimali Koreya nüvə proqramını ləğv etmədiyi müddətcə ABŞ sanksiyaların aradan qaldırılması kimi əhəmiyyətli güzəştlərə getməyəcək”, - deyə rəsmilər əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Nüvə-silahları  


Bizi "telegram"da izləyin