Kanada və Yaponiya hərbi pakt imzalayıb

2018/04/freeland453534_1524465227.jpg
Oxunub: 4133     14:33     23 Aprel 2018    
Kanadanın Toronto şəhərində baş tutan “Böyük Yeddilik” ölkələrinin Xarici İşlər nazirlərinin görüşlərində Kanada və Yaponiya nümayəndələri hərbi pakt bağlayıb.

Ordu.az “Global News” agentliyinə istinadən xəbər verir ki, paktı Kanadanın Xarici İşlər naziri Kristia Friland və onun yaponiyalı həmkarı Taro Kono imzalayıb.

Pakt onu imzalayan ölkələrin orduları arasında birgə təlimlərin keçirilməsi və ləvazimatların paylaşılmasına imkan yaradacaq. Həmçinin tərəflər Şimali Koreyaya təzyiqlərin saxlanması üzrə də razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Yaponiya   Hərbi-pakt  


Bizi "telegram"da izləyin