Dövlət Departamenti: ABŞ KXDR-ə təzyiqi davam etdirəcək

2018/04/4564_1524464852.jpg
Oxunub: 4062     14:26     23 Aprel 2018    
Birləşmiş Ştatlar Pxenyan tərəfindən nüvə proqramının məhvi üzrə əhəmiyyətli addımlar atılanadək KXDR-ə təzyiqi davam etdirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Torontoda keçirilən G7 görüşü çərçivəsində elan edilən Dövlət Departamenti mətbuat xidmətinin stenoqramında bildirilir.

Məlumata görə, “yeddilik” ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri Şimali Koreyaya dair dərin müzakirə apardıqdan sonra KXDR-ə qarşı təzyiqin davam etdirilməsi qərarına gəliblər.

“Şimali Koreyanın nüvə sınaqlarını dayandırması çoxdan gözlənilən xəbərdir və bu həmçinin KXDR və ABŞ arasındakı münasibətlərə müsbət təsir göstərə bilər. Lakin bu, hələ sadəcə sözlərdir. KXDR tam nüvəsizləşdirilənədək ona qarşı təzyiq davam etdiriləcək”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   KXDR   Danışıqlar  


Bizi "telegram"da izləyin