Cənubi Koreya KXDR-lə sammit öncəsi gərginliyi azaltmağa çalışır

2018/04/4564565_1524464560.jpg
Oxunub: 3922     14:19     23 Aprel 2018    
Tarixi Koreyalararası sammit öncəsi Cənubi Koreya görüşdə uğurlu nəticənin əldə edilməsinə nail olmaq məqsədilə bölgədə hərbi gərginliyi azaltmaq üzərində işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Cənubi Koreya Müdafiə Nazirliyi artıq demarkasiya xəttindəki anti-KXDR propoqandası üçün istifadə edilən səsucaldıcıların istifadəsini dayandırıb.

Nazirlik bu addımla tərəflər arasında propaqanda fəaliyyətinin dayandırılacağına və sülhməramlı abu-hava yaranacağına ümid edir.

Cənubi Koreya 1963-cü ilin mayında etibarən səsucaldıcılarla demarkasiya xəttində yayımlara başlayıb. Seul iki ölkə arasında ilk dəfə baş tutan sammit öncəsi 2000-ci ildə də yayımı dayandırmışdı. Lakin KXDR-in Cənubi Koreyaya məxsus “Cheonan” gəmisini batırmasından sonra 2015-ci ildə yenidən başladıb.

Elə həmin ilin sonlarına yaxın yenidən yayımlar dayandırılsa da, bu dəfə də Şimali Koreyanın dördüncü nüvə sınağını həyata keçirməsindən sonra 2016-cı ilin yanvarında yenidən başladılmasına qərar verilib.

Qeyd edək ki, Koreyalararası sammitin bu həftənin cümə günü baş tutması planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Danışıqlar   Sammit  


Bizi "telegram"da izləyin