Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriyaya hücum zamanı 40 anti-raket atılıb ki, bunların da çoxu ABŞ raketləri hədəfi vurana qədər ümumiyyətlə tərpənməyə macal tapmayıb.
Pentaqonun mətbuat katibi Dana Vayt bildirib ki, demək olar ki, bütün anti-raketlər bizim sonuncu raketlərimiz hədəfi vurduqdan sonra alovlanıb.
Bu vəziyyət Suriya ordusunun nə qədər zəiflədiyini və Rusiya ilə İran ordusundan asılı olduğunu göstərib. Rusiya Suriya müdafiə qüvvələrinin atılan raketlərinəksəriyyətini zərərsizləşdirdiyini, Pentaqon isə onların hamısının hədəfə dəydiyini iddia edir.
Analitiklərə görə, Suriya müasir havadan müdafiə sistemləri ilə təchiz olunsa da, onların təlim zəifliyi, komanda-nəzarət və digər insan faktorlarındakı çatışmazlıqlar bu uğursuzluğun əsas səbəbkarıdır.
Ağalar Ağalarlı
Ordu.az