Suriyaya hücum NATO daxilində münaqişəni dərinləşdirir

2018/04/received_2522899101269576_1524328764.jpeg
Oxunub: 2151     00:40     22 Aprel 2018    
ABŞ-Britaniya-Fransanın Suriyaya həyata keçirdiyi birgə raket hücumundan sonra Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkellə birlikdə sammitdə iştirak etmək üçün Berlinə getdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sammitdən sonra qısa brifinqdə iştirak edən liderlər Suriyaya hücumu dəstəklədiklərini və İranla nüvə sazişinin davam etdirilməsini istədiklərini bildirdilər

Lakin buna baxmayaraq NATO daxilində mübahisənin artması müşahidə edilir. Buna həm Trampın qarşı çıxdığı İranla nüvə sazişinin Almaniya və Fransa tərəfindən dəstəklənməsi, həm də başqa faktorlar təsir edir.

Merkel Makronun avrozona daxilində yeni struktur qurmaqla bağlı çağrışına səssiz qalmaqda davam edir. Bu, Berlin və Paris arasında maliyyə siyasəti üzərində mübahisəni artırır.

Digər tərəfdən Kansler Trampın NATO ilə bağlı mövqeyindən dolayı Aİ-nin hərbi cəhətdən güclənməsini istəyir. Lakin Aİ-nin iki aparıcı ölkəsi arasında yaradılacaq yeni strukturun detalları barədə anlaşmazlıqlar qalmaqdadır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   NATO  


Bizi "telegram"da izləyin