Dünyanın donanma komandirləri Tehranda bir araya gələcək

2018/04/1078768_1524296356.jpg
Oxunub: 3927     15:37     21 Aprel 2018    
Dünyanın 35 ölkəsindən donanma komandirləri 6-cı Hind okeanı Donanma Simpoziumuna (İONS 2018) qatılmaq üzrə Tehrana gedəcək.

Ordu.az IRNA-ya istinadən xəbər verir ki, simpozium aprelin 22-də başlayacaq və 25-ə qədər davam edəcək.

Qeyd edək ki, İONS İran tarixində ev sahibliyi etdiyi ən böyük hərbi sammit olacaq. Simpoziumda dəniz təhlükəsizlik əməkdaşlığı, regional dəniz problemləri, üzv dövlətlər arasında əlaqələrin yaxşılaşdırılması məsələləri müzakirə ediləcək.

İONS Qərbi Sakit okean Donanma Simpoziumuna bənzər Hind okeanı regionu üçün təhlükəsizlik strukturudur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İONS  


Bizi "telegram"da izləyin