“KXDR hələ son nöqtəni qoymayıb” - Kosaçyev

2018/04/1648_1524291887.jpg
Oxunub: 4183     14:23     21 Aprel 2018    
“KXDR nüvə və raket sınaqlarından imtina etdiyini açıqlamaqla son nöqtəni qoymuş olmur”.

Ordu.az Gazeta.ru saytına istinadən xəbər verir ki. bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.

“Mərkəzi Komitənin qərarı yetərli deyil. Taktikanın deyil, strategiyanın dəyişiməsini təsdiqləmək üçün KXDR nüvə silahının yayılmaması barədə müqavilənin şərtlərini həyata keçirməli və MAQATE ilə irimiqyaslı əməkdaşlığı bərpa etməlidir”, - deyə Kosaçyev bildirib.

Onun sözlərinə görə, KXDR-in nüvə sınaqlarından imtina etməsi Koreya yarımadasında gərginliyin deeskalyasiyasına səbəb ola bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Konstantin-Kosaçyev  


Bizi "telegram"da izləyin