Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 1 hərbçisi həlak olub, daha bir hərbi qulluqçu isə yaralanıb.
Separatçılar donetsik istiqamətində atəşkəsi BM-21 “Qrad”, 82 millimetrlik minaatan, qumbaraatanlar, iriçaplı pulemyotlar və atıcı silahlarla pozub.
Luqansk istiqamətində isə separatçılar atəşkəsi pozmaq üçün 122 millimetrlik qumbaraatan, 82 millimetrlik minaatan və BMT silahlarından istifadə ediblər.
Ağalar Qəribov
Ordu.az