Tramp NATO sammitindən sonra Britaniyaya səfər edəcək

2018/04/18_01_29_1517203953456_1524293458.jpg
Oxunub: 1344     13:48     21 Aprel 2018    
ABŞ prezidenti Donald Tramp yayda NATO-nun Brüsseldəki sammitinə qatıldıqdan sonra Birləşmiş Krallığa səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mailonline.com saytı məlumat yayıb.

Məlumata görə, Tramp ilk olaraq 11-12 iyul tarixlərində NATO-nun sammitində olacaq. Daha sonra isə Britaniyaya gedərək Baş nazir Tereza Meylə görüşəcək. Bu görüşün iyulun 14-ə təsadüf edəcəyi ehtimal edilir.

Trampın daha sonra Kraliça II Yelizaveta ilə görüşəcəyi də iddia edilir. İddialarla bağlı Britaniya hökuməti hələlik açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mey   ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin