ABŞ aviadaşıyıcısı Aralıq dənizində hərbi təlimlər keçirib

2018/04/1640_1524288263.jpg
Oxunub: 4146     13:23     21 Aprel 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Harry Truman” atom aviadaşıyıcısının başçılıq etdiyi aviazərbə qrupu Aralıq dənizində təlimlər keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığının bəyanatında bildirilir.

“Bu regionda zərbə qrupunun mövcudluğu bizimi Avropa və Afrikanın təhlükəsizliyi, azadlığı və çiçəklənməsinə sadiq qaldığımızı göstərir”, - deyə məlumatda qeyd olunur.

Lakin ABŞ hərbçiləri qarşısında hansı tapşırıqların durması, bundan sonra hansı plan üzrə hərəkət edəcəkləri açıqlanmır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Harry-Truman   Aralıq-dənizi  


Bizi "telegram"da izləyin