Suriya tankçıları “raket nəhəngi” ilə silahlanıblar

2018/04/received_2522305647995588_1524247503.jpeg
Oxunub: 2551     02:08     21 Aprel 2018    
Suriyanın “tank xüsusi təyinatlıları” adını alan 4-cü tank diviziyası T-72 tankının bazasına quraşdırılan TOS-1A-nın analoqu olan raket qurğusu ilə təchiz olunub.

Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.

Hərbi ekspertlər daha öncədən BMP-nin şassisi üzərində TOS-ların mini versiyası quraşdırılanda bir müddət sonra tanklar üzərində TOS-1A odsaçan sistemlərinin quraşdırılacağını təxmiş etmişdilər. Belə də oldu.

“Golan-1000” adını alan TOS-1A-nın analoqu T-72 tanklarına quraşdırılıb. Onların kalibr 500 millimetr, çəkiləri 500 kiloqram təşkil edir.

Buna baxmayaraq sistemlərin atəş məsafəsi o qədər də böyük deyil, cəmi 2-3 kilometr təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   TOS-1A   Golan-100  


Bizi "telegram"da izləyin