Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər zamanı əsgərlər kimyəvi qaz hücumundan müdafiə olunma yollarını, “Bradley” döyüş texnikası, “Abrams” M1A2 tankları vasitəsilə hücum taktikalarını öyrəniblər.
Daha sonra onlar bu maşınlar hərəkəti üçün yolun təmizlənməsini həyata keçirib. Təlimlərin növbəti mərhələsi Hohenfel Manevr zolağında baş tutacaq. Burada təlimlərə 13 ölkədən 3700 əsgər qatılacaq.
Ağalar Ağalarlı
Ordu.az