Türkiyədə 7 PKK terrorçusu məhv edilib

2018/04/resized_d73f5-43840d1eresized_d4b2e662fd782mansetc11045645_1524229164.jpg
Oxunub: 2782     20:58     20 Aprel 2018    
Türkiyə təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Siirt vilayətinin Pərvari bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 7 PKK terrorçusu zərərsizləşdirilib.

Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, əməliyyatı Siirt Jandarma komandanlığı həyata keçirib.

Məlumata görə, əməliyyat nəticəsində terrorçuların silah-sursatları ələ keçirilib. Bunların arasında Kanada silah kompaniyası “Northeastern Arms”ın istehsal etdiyi avtomat tüfənglər də olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKKƏ   Terror  


Bizi "telegram"da izləyin