Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Cizən vilayətinə ballistik raket atıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəməndə vuruşan Ərəb koalisiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, krallığın havadan müdafiə qüvvələri husilərin raketini uğurla zərərsizləşdirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Husilər
Səudiyyə-Ərəbistanı