Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Trampın ticarət müşaviri Peter Navarro bildirib.
O bildirib ki, addım sabiq prezident Barak Obamanın ABŞ-ın müttəfiqlərinin dron texnologiyasına çıxışını əngəlləyən səmərəsiz qərarını ləğv etmək məqsədilə atılıb.
Navarronun sözlərinə görə, ABŞ firmalarına birbaşa öz dronlarını bazara çıxarma imkanı verilməsi onların Çinin satışlarına qarşı mübarizələrini asanlaşdıracaq.
Navarro ABŞ-ın silah və aerokosmik sistemlər ixracatının illik dəyərinin bir trilyon dollara yaxın olduğunu və bunun 2,5 milyondan çox insana yüksək maaşlı iş təmin etdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az