"dron" sözünə uyğun 548 nəticə tapıldı!

ASELSAN Asiya-Sakit okean bazarına girməyə hazırlaşır

2019/03/thumb-1553925440.jpg
Oxunub: 600     09:56     30 Mart 2019    
Türkiyənin ASELSAN firması Asiya-Sakit okean bölgəsi ölkələrinin müdafiə sənayesi ilə bağlı ehtiyaclarını təmin etmək üzrə yeni təşəbbüslər irəli sürəcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ASELSAN İdarə Heyətinin rəhbəri Haluk Görgün danışıb.

Malayziyada təşkil olunan və regionun öz növünə görə ən önəmli sərgisi hesab edilən Laqkaui Beynəlxalq Dənizçilik və Aviasiya Sərgisində iştirak edən ASELSAN burada uzaqdan idarə olunan silah sistemləri, tank modernizasiya həlləri, rabitə və drondan müdafiə sistemləri kimi məhsullarını təqdim edib.

Sərgi zamanı Malayziya və bir sıra digər ölkə rəsmiləri ilə görüşən Haluk Güngör rəhbərlik etdiyi firmanın regional ölkələrin müxtəlif növ hərbi ehtiyaclarını qarşılama potensialında olduğunu və bunun üçün çalışmalara başladıqlarını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN