Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Malaziya ordusunun komandanlığından olan mənbələr məlumat yayıb.
Məlumata görə, hələ 2016-cı ildə 1 milyard dollara yaxın qiymətləndirilən müqavilə uğrunda ən azı 5 ölkə mübarizə aparmağa hazır idi, lakin Kuala-Lumpurda mövcud Hərbi Hava Qüvvələri parkından maksimum yararlanmaq qərarına gələrək artıq mövcud olan təyyarələrin modernləşdirilməsini yenilərinin alınmasından daha üstün hesab edib.
Hətta artıq Rusiya ilə “DSA 2018” sərgisində Su-30MKM təyyarələrini alınması barədə razılıq əldə olunmasına baxmayaraq, Malaziya ordusu bu müqavilədən də imtina edib.
Ağalar Qəribov
Ordu.az